• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Samuxda parkda silah-sursat tapıldı

HADİSƏ

22 Fevral 2022 | 10:48

Samuxda parkda silah-sursat tapıldı

Samuxda parkda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisindəki parkların birindən silah-sursat aşkarlayıb.

Polis əməkdaşları dərhal ANAMA-nın əməkdaşlarını həmin əraziyə dəvət edərək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı oradan 1 ədəd “F1” əl qumbarası, 2 ədəd “UZRQM” qumbaratan patronu, 1 ədəd 14 mm-lik “BTR” patronu, 37 ədəd 7.62 mm-lik avtomat patronu və 96 ədəd 5.45 mm-lik avtomat patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026