• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Salyanda yolu keçən piyadanı avtomobil vurdu

HADİSƏ

21 May 2021 | 23:40

Salyanda yolu keçən piyadanı avtomobil vurdu

Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Vəliyev Azad Əlisahib oğlu Salyan-Şirvan yolunu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Qəza nəticəsində xəsarət alan piyada Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026