• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Salyanda yol qəzasına düşən qadının boynu sındı

HADİSƏ

11 Aprel 2021 | 23:37

Salyanda yol qəzasına düşən qadının boynu sındı

Bakı-Astara magistral yolunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü (ad və soyadı dəqiqləşdirilir - red) və həyat yoldaşı, sərnişin - 1992-ci il təvəllüdlü Bağırova Nübar Xanəhməd qızı xəsarət alıblar.

Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı N.Bağırovaya boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026