• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Sabirabadda avtomobil kanala düşüb - Sürücü ölüb

HADİSƏ

11 Avqust 2021 | 18:33 | Müəllif: Subhan Mahmudov

Sabirabadda avtomobil kanala düşüb - Sürücü ölüb

Fövqəladə Hallar Nazirliyi (FHN) Sabirabad rayonunda avtomobilin su kanalına düşməsi və sürücünün ölməsi barədə məlumat yayıb.

FHN -dən Bakıvaxtı.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Bala Həşimxanlı kəndi ərazisində “Mercedes-Benz” markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb və içərisində aşkarlanan 1981-ci il təvəllüdlü Mirzəyev Elman Nizam oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026