• Bakı 18° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Sabirabadda 135 minlik DƏLƏDUZLUQ 

HADİSƏ

14 Oktyabr 2024 | 14:00

Sabirabadda 135 minlik DƏLƏDUZLUQ

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinən Ziya Əliyev saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı həmin şəxsin zərərçəkənin etibarından istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və 135150 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

"Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Z.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər."


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR