"Sabah" basketbol klubunun U-18 komandası Bosniya və Herseqovinanın Laktasi şəhərində keçirilən Gənclər Çempionlar Liqasında ilk qələbəsini qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, kollektiv "B" qrupunun ikinci turunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" klubunu 72:61 hesabı ilə məğlub edib.
Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.
Bakı 




