• Bakı 30° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

"S-400"lər məhv edildi - Ukraynada

DÜNYA

10 Avqust 2026 | 14:26

S-400lər məhv edildi - Ukraynada

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Group 13" xüsusi bölməsinin operatorları Rusiyanın iki "S-400 Triumph" zenit-raket kompleksinin buraxılış qurğusunu və "Orion" PUA idarəetmə antenasını məhv ediblər.

Bakıvaxtı.az-ın NV.ua-ya istinadən xəbərinə görə, bu barədə Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.

Məlumata görə, Rusiya hədəflərinin vurulması avqustun əvvəlində Krım ərazisində keçirilən əməliyyat zamanı baş tutub. Kəşfiyyatçılar zərbənin endirilməsi üçün FPV dronlarını daşıyan "Magura" dəniz platformalarından istifadə ediblər.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, "S-400" və PUA idarəetmə antenasının məhv edilməsi nəticəsində Rusiya qoşunlarının təxmin edilən itkiləri on milyonlarla dollara çata bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026