• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyada zəhərlənmə baş verib, ölənlər var

CƏMİYYƏT

08 Yanvar 2022 | 20:23 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyada zəhərlənmə baş verib, ölənlər var

Rusiyanın Tümen şəhərində metil spirtindən kütləvi zəhərlənmə qeydə alınıb.

Bakıvaxtə.az "report"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Tümen vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, 2022-ci il yanvarın 3-dən etibarən Tümen şəhərinin Stavropolskaya və Rijskaya küçələrində yerləşən pərakəndə satış obyektlərində bir neçə vətəndaşa lisenziyasız metil spirti satılıb.

"Sibir bulaqları" adlı spirtli içkinin təsirindən doqquz nəfər ölüb.

Məlumata görə, keyfiyyətsiz məhsul satan dörd nəfər artıq saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026