• Bakı 19° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Rusiyada 27 nəfərin yaralandığı partlayışın səbəbi açıqlanıb - YENİLƏNİB

DÜNYA

09 Avqust 2025 | 14:27 | Müəllif: Gülşən Şərif

Rusiyada 27 nəfərin yaralandığı partlayışın səbəbi açıqlanıb - YENİLƏNİB

Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərindəki istehsalat sahəsində baş verən partlayış qurğunun qaynaq tikişinin hermetikliyinin pozulması nəticəsində baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Başkirskaya sodovaya kompaniya”sının mətbuat xidməti məlumat yayıb.

“Vinilxlorid-polivinilxlorid (VCh-PVC) kompleksində planlı dayandırma işlərinə hazırlıq zamanı piroliz qazının nəql edildiyi texnoloji boru kəmərində qaynaq tikişi boyunca hermetiklik pozulması baş verib”, - məlumatda deyilir.

Mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı yaxınlıqda işləyən zərərçəkənlərin hamısına yerindəcə lazımi operativ köməklik göstərilib və onlar dərhal ixtisaslaşmış tibb müəssisələrinə çatdırılıb.

Ölən olmayıb.

***

13:34

Rusiyanın Başqırdıstan Respublikasında “Başkirskaya sodovaya kampaniya” ASC-nin “Kaustik” istehsalat sahəsində partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Sterlitamak şəhərində kərpicdən tikilmiş binada qaz-hava qarışığı sonradan yanma olmadan partlayıb.

Rusiya Səhiyyə Nazirliyindən bildirilib ki, baş vermiş insident nəticəsində 27 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 21-i reanimasiya və intensiv terapiya bölmələrindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026