• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyada İŞİD lideri saxlanıldı

DÜNYA

17 Aprel 2023 | 14:19

Rusiyada İŞİD lideri saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva və Novosibirskdə terror aktları planlaşdıran İŞİD liderlərindən birini saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin Moskva vilayəti və şəhəri üzrə mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, keçirilmiş əməliyyat nəticəsində Tacikistan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nazarov T.M. saxlanılıb.

Müəyyən edilib ki, saxlanılan şəxs Moskva və Novosibirsk vilayətlərində, kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməklə, təxribat və terror aktları törətmək məqsədi ilə terror qruplaşması yaradıb və partlayışlar həyata keçirməyi planlaşdırıb.

Terror aktlarının “Rusiya Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (RJD) məxsus obyektlər də daxil olmaqla, insanların sıx olduğu yerlərdə keçirilməsi nəzərdə tutulurdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026