• Bakı 19° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Rusiya Şimali Koreyadan 3 min əsgər gətirib - Zelenski 

DÜNYA

29 Oktyabr 2024 | 15:37

Rusiya Şimali Koreyadan 3 min əsgər gətirib - Zelenski

Rusiya ərazisində artıq 3000 Şimali Koreya əsgər və zabiti var. Tezliklə onların sayı xeyli artacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

O qeyd edib ki, Rusiya komandanlığı Ukrayna ərazisində Şimali Koreya hərbçilərindən istifadə edir.

Zelenski ölkənin kəşfiyyat məlumatlarına istinad edərək Şimali Koreya əsgərlərinin sayının tezliklə 12 minə çatacağını iddia edib.

“Bu, çox tez baş verməlidir. Təbii ki, bu, müharibənin eskalasiyasıdır. Əsas strateji tərəfdaşlarımızın “qırmızı xətləri keçmək olmaz”, “eskalasiyaya başlamaq olmaz” deməsi təəccüblüdür”, - deyə Zelenski Qərb tərəfdaşlarına etirazını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026