• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Rusiya Finlandiyaya nota verdi

DÜNYA

30 Oktyabr 2024 | 00:10 | Müəllif: Subhan Mahmudov

Rusiya Finlandiyaya nota verdi

Rusiya səfirliyi Rusiya daşınmaz əmlakına həbs qoyulması ilə əlaqədar Finlandiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Finlandiyadakı səfirliyindən məlumat verilib.

Diplomatik missiya Finlandiya hakimiyyət orqanlarının qərara yenidən baxılmasını tələb etmək niyyətindədir.

Bildirilir ki, Finlandiyada ələ keçirilən obyektlərin yarısı diplomatik daşınmaz əmlakdır.

Qeyd edək ki, bir müddət öncə Finlandiya Rusiyaya məxsus daşınmaz əmlaklara həbs qoyub. Buraya səfirlik əməkdaşlarının yaşadığı bağ evləri və mənzillər, habelə rəsmi məqsədlər üçün istifadə olunan və diplomatik toxunulmazlığa malik olan obyektlər daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026