• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rubl çökəcək?

İQTİSADİYYAT

16 Iyun 2022 | 20:44 | Müəllif: Subhan Mahmudov

Rubl çökəcək?

Rusiya Bankının rəhbəri Elvira Nabiullina Rusiyada valyuta məhdudiyyətlərinin ləğv edildiyini açıqlayıb ki, bu da rublun kəskin şəkildə zəifləməsinə gətirib çıxarmalıdır.

Bakıvaxtı.az "İnterfaks"-a istinadən bildirir ki, o, Ukrayna ilə müharibə başlayandan sonra qoyulan məhdudiyyətlərin aradan qaldırılması sürətini maliyyə sisteminin sabitləşməsi ilə əlaqələndirib.

"Maliyyə sistemi sabitləşdikcə, bu məhdudiyyətlər tədricən yumşalır. Mənim fikrim odur ki, məhdudiyyətlər bitməlidir, heç olmasa onların çoxu", - Mərkəzi Bankın rəhbəri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı deyib.

Nabiullina qeyd edib ki, sanksiyalar və Rusiya ehtiyatlarının dondurulması ilə əlaqədar tənzimləyicinin valyuta tənzimlənməsinin son dərəcə məhdud funksionallığı var, bu səbəbdən də Mərkəzi Bank ciddi valyuta məhdudiyyətləri tətbiq etməli olub. O izah etdi ki, ehtiyatların dondurulması tənzimləyicini valyuta müdaxiləsi yolu ilə kapitalın kəskin axınına cavab vermək qabiliyyətindən faktiki olaraq məhrum edib, ona görə də qeyri-rezidentlərə aktivlərini satmağı və xaricə vəsait çıxarmağı qadağan etmək qərara alınıb.

Nabiullina həm də vətəndaşları sakitləşdirməyə tələsərək, xarici valyutada əmanətlərin, eləcə də xarici valyutanın dövriyyəsinin qadağan olunmayacağına inandırıb. Mərkəzi Bank rəhbərinin sözlərinə görə, dollar, avro və digər valyutalara qadağa qoyulmayacaq, heç kim xarici valyutada olan əmanətləri müsadirə etməyəcək.(milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026