• Bakı 15° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Rektor professoru işdən çıxardı - FOTO

CƏMİYYƏT

02 May 2026 | 16:52 | Müəllif: Əli Hüseynov

Rektor professoru işdən çıxardı - FOTO

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kadr dəyişikliyi olub.

Bakıvaxtı.az "Yeni sabah"a istinadla xəbər verir ki, bu barədə institutun rektoru, tibb elmləri doktoru, professor Nazim Pənahov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, tibb elmlər doktoru, professor Zemfira Quliyeva Terapiya fakültəsinin dekanı vəzifəsindən azad olunub.

Digər əmrlə o, Tibbi kadrların təlimi şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Əməkdar həkim olan Zemfira Quliyeva 2005-ci ildən Terapiya fakültəsinin dekanı vəzifəsində çalışırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026