• Bakı 19° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Rejissoru vurub qaçan 3 nəfər tutuldu

HADİSƏ

30 Avqust 2024 | 11:37

Rejissoru vurub qaçan 3 nəfər tutuldu

Paytaxtın Nəsimi rayonunda rejissor Elvin Adıgözəli velosipedlə vurub qaçan şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, avqustun 25-i axşam saatlarında E.Adıgözələ qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar.

Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində rejissorun qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.

E.Adıgözəl hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırmalı olub.


Rejissoru vurub qaçan 3 nəfər tutuldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026