• Bakı 20° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Ramazan Nəbiyev sədr oldu 

SİYASƏT

17 Iyul 2026 | 12:41 | Müəllif: Əli Hüseynov

Ramazan Nəbiyev sədr oldu

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) yeni təyinat olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Ramazan Nəbiyev AQTİ-nin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, Ramazan Nəbiyev bu təyinata qədər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. O, 2018-2024-cü illərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində müxtəlif vəzifələrdə, o cümlədən İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2024-cü ilin sentyabrından isə AQTİ-də sədr müavini idi.

Xatırladaq ki, ölkə başçısının 6 iyul 2026-cı il tarixli Sərəncamına əsasən, Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini təyin edilib. Daha əvvəl isə Ə.Nəbiyev 2023-2026-cı illərdə Agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri vəzifəsində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR