Quba-Xaçmaz yolunda hərəkətdə olan yük avtomobilində daşınan almalar yola dağılıb.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki,hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində plastik yeşiklərə yığılmış almalar yola dağılıb.
Hadisəyə səbəb isə yük avtomobilinin örtük hissəsinin (tent) cırılması olub.


















