• Bakı 20° C

    3.36 m/s

Qəzzada 7 kilometrik tunel aşkarlandı

DÜNYA

20 Noyabr 2025 | 22:21 | Müəllif: Subhan Mahmudov

Qəzzada 7 kilometrik tunel aşkarlandı

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda radikalların istifadə etdiyi 7 kilometr uzunluğunda tunel aşkar ediblər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

"Bu, Qəzza zolağında aşkar edilən ən uzun və ən mürəkkəb tunellərdən biridir. Uzunluğu 7 kilometrdən çoxdur və 25 metrə qədər dərinlikdədir. Tuneldə HƏMAS terrorçu rejiminin ali komandanlığı tərəfindən silah saxlamaq, uzunmüddətli qalmaq və İsrail qoşunlarına qarşı terror hücumları planlaşdırmaq üçün istifadə edilən komanda məntəqələri də daxil olmaqla təxminən 80 bunker var idi", - deyə açıqlamada bildirilir.

İsrail ordusunun məlumatına görə, bu tuneldən istifadə edən HƏMAS-ın yüksək rütbəli komandirləri arasında Rəfah briqadasının komandiri Məhəmməd Şabaneh də olub.

O da qeyd edib ki, tunel Misir sərhədi yaxınlığında, sıx məskunlaşmış ərazinin altında, "Filadelfiya dəhlizi” yaxınlığında qazılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026