• Bakı 21° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Qətlə yetirilən idmançının atası: “Oğlumun başı deşik-deşik idi”

HADİSƏ

29 Noyabr 2022 | 23:20 | Müəllif: Subhan Mahmudov

Qətlə yetirilən idmançının atası: “Oğlumun başı deşik-deşik idi”

Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun atası danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Baku.TV-yə danışan mərhumun atası Zəka Rüstəmov, Turanın onun ikinci övladı olduğunu bildirib.

"8-9 ildir cüdo ilə məşğul olurdu. Dostları mənə deyib ki, yarışdan çıxdıqdan sonra yoldaşı ondan ayaqqabılarını istəyib.

Turan ayaqyalın olduğu üçün ayaqlarını stolun üzərinə qoyub. Qətlə yetirən şəxs Turana ayağını aşağı salmasını deyərək təhqir edib. Başına 3-4 bıçaq girib. Oğlumun başı deşik-deşik idi", - deyə Z.Rüstəmov qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026