Gürcüstan hüquq müdafiəçisi Nana Kakabadze Qərbi etirazları maliyyələşdirməkdə ittiham edib.
Bakıvaxtı.az bu barədə "RIA Novosti"ə istinadla xəbər verir.
"Etirazlar bu gün liberal fondlar tərəfindən maliyyələşdirilir. Onlar Qərbin sifarişlərini yerinə yetirirlər, lakin Gürcüstanın maraqlarını nəzərə almırlar", - deyə hüquq müdafiəçisi bildirib.
Qeyd edib ki, ABŞ və Avropadakı müttəfiqləri Gürcüstanda qeyri-kommersiya təşkilatlarını və Qərbə yaxınlaşmaq istəyən əhali təbəqələrini dəstəkləyərək ölkədəki hadisələrə təsir etməyə çalışır.
Nuriyyə Musayeva
Qərb etirazçıları maliyyələşdirir - Kakabadze
DÜNYA
12 Dekabr 2024 | 15:20
jpg-1734002421.jpg)
SON XƏBƏRLƏR
08 Oktyabr 2026















