• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qəbələdə avtomobil çaya aşdı - xəsarət alan var

HADİSƏ

04 Aprel 2021 | 20:52

Qəbələdə avtomobil çaya aşdı - xəsarət alan var

Qəbələ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Sürücü Elnur İsgəndərovun sükanı arxasında olduğu "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə yol kənarındakı beton maneəyə çırpılıb, sonra isə Dəmiraparan çayına düşüb. E. İsgəndərov qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. O, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)


Qəbələdə avtomobil çaya aşdı - xəsarət alan varQəbələdə avtomobil çaya aşdı - xəsarət alan var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026