• Bakı 23° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Qaxda kişini ilan sancdı

HADİSƏ

17 Iyul 2023 | 11:57

Qaxda kişini ilan sancdı

Qaxda su hovuzunu təmizləyən 69 yaşlı kişini ilan sancıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qax rayonunun Ləkit kəndində baş verib.

Həmin kənd sakini 1954-cü il təvəllüdlü Vaqif Mütəllib oğlu Aydınov öz həyətində su hovuzunu təmizləyən zaman ərazidə olan ilan qəfildən onun sağ əlindən sancıb. Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Xəstəxanada yaralıya lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026