• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qasparyan Nikola yalan danışıb - ŞOK SƏNƏD

DÜNYA

16 Aprel 2021 | 00:17

Qasparyan Nikola yalan danışıb - ŞOK SƏNƏD

Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyan ötən ilin sentyabrın sonunda keçirilən iclas zamanı Baş nazir Nikol Paşinyana hərbi əməliyyatların dayandırılmasını məsləhət görməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası Aparatının mətbuat xidmətinin yaydığı stenoqramlarda qeyd olunub.

Stenoqramlara əsasən, Baş Qərargah rəisi sentyabrın 30-da bildirib ki, vəziyyət taktiki planda dəyişməyib və qoşunlar öz tapşırıqlarını yerinə yetirməyə davam edir.

Qeyd edək ki, ötən ilin sonunda Qasparyan Qarabağda hərbi əməliyyatların dayandırılmasını Paşinyana hələ müharibənin 4-cü günü məsləhət gördüyünü demişdi. İddia etmişdi ki, müharibənin davam edəcəyi təqdirdə Ermənistanın resursları qısa müddətdə tükənəcək.

Ermənistan Baş naziri Nikol Paşinyan isə Qasparyanın belə bir təklif irəli sürmədiyini bildirmişdi. Bu isə qarşılıqlı ittihamlara səbəb olmuşdu.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026