• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Qanunsuz idman zalı işlədənlər cərimələndi

CƏMİYYƏT

24 Mart 2021 | 14:23

Qanunsuz idman zalı işlədənlər cərimələndi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən 3-cü məhəllənin ərazisində yerləşən idman trenajor zalının qadağan olunmasına baxmayaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Polis əməkdaşları baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər.

İdman zalının sahibi, şəhər sakini R.Rəcəbov və zalda olan 17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR