• Bakı 18° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Qadını mağazada döydü - Saxlanıldı+Video

HADİSƏ

19 Iyul 2026 | 17:08 | Müəllif: Əli Hüseynov

Qadını mağazada döydü - Saxlanıldı+Video

Sosial şəbəkələrdə zoomağazada qadına qarşı zorakılıq göstərildiyini əks etdirən görüntülər paylaşılıb.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkmiş qadının qızı hadisənin videosunu yayaraq, şiddət törədən şəxsin anasını öldürməklə hədələdiyini bildirib:

“Anamı bıçaqla öldürməklə hədələyib və sonra döyməyə başlayıb. Anamın üzünə və sol qabırğasına bir neçə dəfə vurub. Hazırda anamın şiddətli ağrıları var”, - deyə o qeyd edib.

Əldə etdiyimiz məlumata görə, Bakıda qadına qarşı zorakılıq törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Keçirilən tədbirlərlə 1982-ci il təvəllüdlü Zamiq Xəlilov saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026