• Bakı 12° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Qadın sirkə turşusundan zəhərləndi

CƏMİYYƏT

31 Mart 2026 | 10:40

Qadın sirkə turşusundan zəhərləndi

Beyləqanda 59 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Bakıvaxtı.az-ın Teleqraf-a isitnadən xəbərinə görə, hadisə rayonun Toğrul Atakişiyev küçəsində baş verib.

Rayon sakini 1967-ci il təvəllüdlü Hüseynova Familə Aydın qızı sirkə turşusundan zəhərlənib.

F.Hüseynova yaxınlarının köməkliyi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumatda deyilir ki, 30 mart 2026-cı il tarixdə saat 18:00 radələrində Beyləqan rayonunda zəhərlənmə şübhəsilə 1967-ci il təvəllüdlü qadın Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.


SON XƏBƏRLƏR

30 Mart 2026