• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Putindən Qazaxıstanla bağlı ilk AÇIQLAMA

DÜNYA

10 Yanvar 2022 | 13:19

Putindən Qazaxıstanla bağlı ilk AÇIQLAMA

“KTMT-nin bütün kontingenti Qazaxıstandan çıxarılacaq”.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin KTMT-nin fövqəladə sammitində KTMT qüvvələrinin çıxarılması ilə bağlı məsələyə toxunub.

O bildirib ki, öz funksiyalarını yerinə yetirdikdən sonra hərbi kontingent Qazaxıstandan çıxarılacaq:

“KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin kontingenti Qazaxıstana göndərilib və mən bunu vurğulamaq istəyirəm ki, məhdud müddətə, Qazaxıstan Prezidentinin münasib hesab etdiyi müddətə çıxarılacaq”.

“KTMT xətti ilə görülən tədbirlər aydın şəkildə göstərdi ki, biz evimizdə situasiyanı qarışdırmağa imkan verə bilmərik və rəngli inqilablar adlanan ssenarinin reallaşmasına imkan verməyəcəyik”, - Rusiya prezidenti deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026