• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putin BMT baş katibi ilə görüşdü

DÜNYA

26 Aprel 2022 | 20:27

Putin BMT baş katibi ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin Moskvada BMT-nin baş katibi Antoniu Quterreşi qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, TASS Kremldə oval masa arxasında keçirilən görüşün görüntülərini yayıb.

Quterreş Rusiyaya səfəri zamanı Ukraynadakı, o cümlədən konkret olaraq Mariupol və Azovstaldakı vəziyyəti müzakirə etməyi planlaşdırır.

Putin və Quterreş sonuncu dəfə ötən ilin mayında videobağlantı vasitəsilə danışıblar.

Quterreş bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026