• Bakı 18° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Polisdən əməliyyat - 20 kq narkotik aşkarlandı

HADİSƏ

08 Iyun 2024 | 09:44

Polisdən əməliyyat - 20 kq narkotik aşkarlandı

Lənkəran sakinlərindən 20 kiloqram narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri Aqil Vəliyev və Anar Vəlizadə sonuncunun idarə etdiyi "Opel" markalı avtomobildə saxlanılıblar.

Həmin nəqliyyat vasitəsindən 20 kiloqram tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin narkotik vasitəni saxlanılan şəxslərdən Aqil Vəliyevin şəxsiyyəti istintaqla araşdırılan "Hafis" adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR