• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Paşinyan və Makron görüşündə nələr müzakirə olunub? - DETALLAR  

SİYASƏT

10 Sentyabr 2026 | 10:24 | Müəllif: Günəş Mərd

Paşinyan və Makron görüşündə nələr müzakirə olunub? - DETALLAR

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Fransada Prezident Emmanuel Makronla görüşüb.

Bakıvaxtı.az məlumat verir ki, görüş Parisdə Yelisey Sarayında baş tutub. 

Görüşdə Ermənistan-Fransa münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlıq və regional proseslər müzakirə olunub. Tərəflər iqtisadi əməkdaşlığın strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar.

Paşinyan Fransa ilə kosmik sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib. O, Ermənistanın bu istiqamətdə daha məzmunlu tərəfdaşlıqda maraqlı olduğunu bildirib.

Tərəflər Bərgüşat tunelinin tikintisinin əsas mərhələyə keçdiyini qeyd edərək, işlərin mümkün qədər tez başlanmasının vacibliyini vurğulayıblar. Tunel Ermənistanın Şimal-Cənub avtomobil yolu layihəsinin bir hissəsidir. 

Görüş zamanı regional proseslər də müzakirə olunub. 

Qeyd edək ki, Paşinyan sentyabrın 9-10-da Parisdə keçirilən ilk Beynəlxalq Kosmik Sammitdə iştirak edir. Sammit kosmik sektorun qarşısında duran çağırışların müzakirəsi üçün dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrini bir araya gətirib. 

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026