• Bakı 21° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Pakistan Venesueladakı vəziyyəti gərginləşdirməməyə çağırıb

DÜNYA

05 Yanvar 2026 | 13:01 | Müəllif: Gülşən Şərif

Pakistan Venesueladakı vəziyyəti gərginləşdirməməyə çağırıb

Pakistan Venesuela xalqının rifahına böyük əhəmiyyət verir və Latın Amerikası ölkəsindəki inkişaf edən vəziyyəti yaxından izləyir.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu, Pakistan Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda yer alıb.

Bəyanata görə, Pakistan tərəfi son hadisələrlə bağlı narahatlığını ifadə edib. Eyni zamanda böhrana son qoymaq üçün təmkinli olmağa və gərginliyin azaldılmasına çağırıb.

Pakistan həmçinin BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə riayət etməyə çağırıb və bütün məsələlərin dinc yolla həll edilməli olduğunu vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026