• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Pakistan ordusu altı terrorçunu zərərsizləşdirib

DÜNYA

26 Aprel 2025 | 14:02 | Müəllif: Subhan Mahmudov

Pakistan ordusu altı terrorçunu zərərsizləşdirib

Pakistan ordusunun Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda keçirilən antiterror əməliyyatı zamanı azı 6 terrorçu zərərsizləşdirilib, 4-ü isə yaralanıb.

Bakıvaxtı.az xbər verir ki, bu barədə “Geo TV” Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinə stinadən xəbər verib.

Məlumata əsasən, 2025-ci il aprelin 23-dən 24-nə keçən gecə Pakistan hərbçiləri Bannu rayonunu ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi qadağan olunmuş "Fitnə əl-Xəvaric" qruplaşmasının (keçmiş "Tehrik-i-Taliban Pakistan" kimi tanınan) terrorçuları olub.

Bildirilib ki, qarşıdurma zamanı 6 terrorçu öldürülüb, daha 4-ü yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026