• Bakı 31° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

“Özü kəfən geyinib aramızdan köçdü...” - FOTO

CƏMİYYƏT

25 Iyul 2026 | 15:57

“Özü kəfən geyinib aramızdan köçdü...” - FOTO

Aparıcı Lalə Azərtaş Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin hazırda xəstəxanada olan qızı üçün yardım istəyib.

Bakıvaxtı.az xəbər verir ki, aparıcı paylaşımında vaxtilə bir çox sənət adamının milli geyimlərini məhz Könülün hazırladığını bildirib.

O, mərhumun azyaşlı qızına dəstək olunmasını istəyərək izləyicilərinə müraciət edib:

“Bir zamanlar bütün milli geyimləri Könül xanımdan geyinərdik. O isə kəfən geyib aramızdan köçdü. Onun balasına yardım lazımdır. Səhifəmdəki xeyirxah insanlar, növbəti postda paylaşdığım kart nömrəsindən yardım edək…”. 

Qeyd edək ki, ötən il Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır. O, hazırda İstanbulda müalicə alır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026