• Bakı 18° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Özlərini jurnalist kimi təqdim edib pul tələb etdilər - Polis saxladı

HADİSƏ

18 Dekabr 2025 | 10:57

Özlərini jurnalist kimi təqdim edib pul tələb etdilər - Polis saxladı

Balakəndə özlərini jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.

Bakıvaxtı.az xəbər verir ki, rayonda özlərini jurnalist kimi təqdim edən iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıb. Məlumata görə, onlar əsasən stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəliblər və zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR