• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

HADİSƏ

18 May 2021 | 11:32

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt, qanunsuz silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Ötən gün respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb. Cinayət törətməkdə 44 nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026