• Bakı 21° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Ötən ay 7 aptekdə nöqsanlar aşkarlanıb

CƏMİYYƏT

05 Yanvar 2026 | 14:58 | Müəllif: Əli Hüseynov

Ötən ay 7 aptekdə nöqsanlar aşkarlanıb

2025-ci ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 25 aptekdə yoxlama həyata keçirilib. Bu yoxlamalardan 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Analitik Ekspertiza Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlamaların 11-i planlı, 14-ü isə plandankənar olub.

    "Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib", - məlumatda qeyd olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Oktyabr 2026