Obsessiv-kompulsiv pozuntu (OKP) sarışan fikirlərin (obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox isə onların hər ikisinin mövcudluğu ilə xarakterizə olunan, kəskin stress pozuntusuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntudur.
Obsessiya – güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilər. Obsessiyaların daha çox rast gəlinən mövzusu infeksion xəstəliklərə yoluxma və infeksiya yayma qorxusu, ətrafına təsadüfi, ya da düşünülmüş zərəryetirmə qorxusu, kobud səhv etmə qorxusu, mənəvi və dini qadağaları pozma qorxusu, pedofil və homoseksual davranış törətmə qorxusu olur
Kompulsiya – pasiyent “qeyri-adi, fövqəltəbii” şəkildə onu qorxudan hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir
Fiziki kompulsiyalar – tez-tez əl yuma, qapıları bağlama və s. kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir.
Psixi kompulsiyalar – kənardan hiss olunmayan, xəstənin iradəsinə tabe olmayan və onu narahat edən fikrində t əkrarlanan hesablama, dualar və qarğışlar kimi sarışan pozuntulardır.
Hazırda obsessiv-kompulsiv spektrə obsessiv-kompulsiv pozuntulardan başqa aşağıdakı pozuntular da aiddir:
► Bədənin dismorfoloji pozuntusu – öz xarici görünüşü barədə ətrafdakı insanlar tərəfindən hiss olunmayan və ya az hiss olunan bir, ya da bir neçə qüsurların olması haqqında fikirlərdir. Bu pozuntu sarışan hərəkətlərlə ( məsələn, sarışan şəkildə güzgüdə özünə baxma, görünüşünə normadan artıq qulluq, “normal”lığını təsdiq etmək üçün başqalarından soruşmaq, öz görünüşünü daim başqaları ilə müqayisə etmə) təzahür edir və klinik ifadəli sosial dezadaptasiyaya gətirir. Kişilərdə bu pozuntu sarışan şəkildə intensiv fiziki çalışmalar və anabolik steroidlərin qəbulu yolu ilə əzələ kütləsini artırmağa cəhdlə təzahür edə bilər
► Patoloji yığıcılıq – həqiqi dəyərindən asılı olmayaraq lazımsız əşyalardan azad ola bilməməkdir. Bu pozuntu yaşayış sahəsinin istifadəsini çətinləşdirən lazımsız əşyaların toplanmasından ibarətdir. Belə lazımsız əşyalara, adətən, daha çox qəzetlər, jurnallar, kitablar, köhnə paltarlar, çantalar, yararsız məişət texnikası aid olur. Bunlar nəzəri cəhətdən pasiyentin ayrıla bilmədiyi istənilən lazımsız əşyalar ola bilər.
Əhalinin 80%-nin müəyyən vaxtlarda sarışan fikirlər hiss etməsinə v ə t əxminən 50%-nin müəyyən rituallar etməsinə baxmayaraq, OKP-nin klinik təzahürlü vəziyyətinə bir o qədər tez-tez rast gəlinmir. Bir il müddətində əhali arasında OKP-nin yaranma riski 1,1-1,8 %-ə bərabərdir, ümumi həyatı boyu isə hər bir adam üçün 1,6-3% təşkil edir. OKP-yə 18 yaşından yuxarı qadınlarda daha çox rast gəlinir, kişilərdə isə bu, daha erkən yaşlarda başlayır.
15 yaşa kimi olan uşaqlar arasında OKP-nin yayılması 0,25% təşkil edir. OKP-nin epidemioloji göstəriciləri sosial-iqtisadi vəziyyətdən və etnik mənsubiyyətdən asılı olmur14.
OKP-nin başlanmasına xas olan orta yaş dövrü 19-30 yaşdır.
Təxminən 25% pasiyentlərdə xəstəlik 14 yaşından sonra başlayır. Xəstəliyin 35 yaşdan sonra başlanması isə nadir hallarda olur. Xəstəliyin daha erkən başlanğıcı simptomların kəskin təzahürü, daha çox kompulsiyaların olması ilə (obsessiyasız) xarakterizə olunur.
Belə hallarda komorbid pozuntular (tiklər, diqqət çatışmazlığı hiperaktivlik sindromu və təşviş pozuntusu) və müalicəyə həssaslığın olmaması müşahidə olunur. Eyni zamanda uşaq və yeniyetmə dövründə x əstələnənlərin 40%-də yetkinlik dövründə tam remissiya müşahidə olunur. Əlamətlərin intensivliyinin dalğavari gedişi OKP-nin müalicə olunmaması ilə xarakterizə olunur. Müalicəsiz, spontan sağalma ehtimalı 20%-i keçmir, 50% hallarda gedişat fasiləsiz, 25% hallarda isə epizodik xarakter daşıyır. OKP-dən əziyyət çəkən xəstələrin yarısında suisidal (özünə qəsd) fikirlər, 25%-də isə suisidal cəhdlər qeyd oluna bilər. Özünə q əsd cəhdi daha çox yanaşı gedən depressiya ilə əlaqədar yaranır. OKP həyat keyfiyyətinin və sosial adaptasiyanın nəzərə çarpacaq dərəcədə enməsi ilə assosiasiya olunur. Məsələn, OKP-si olan xəstələr obsessiyanı v ə kompulsiyanı yaradan vəziyyətdən və ya insanlara zərər yetirə bilmə qorxusuna görə onlarla münasibətdən qaça bilərlər. Eyni zamanda obsessiyalarla əlaqədar olaraq onlar həkimə müraciət etməkdən də qaçırlar. Bəzi xəstələr ailə münasibətlərinə neqativ təsir edən öz qayda və qadağalarını yaymağa çalışırlƏhalinin 80%-nin müəyyən vaxtlarda sarışan fikirlər hiss etməsinə və təxminən 50%-nin müəyyən rituallar etməsinə baxmayaraq, OKP-nin klinik təzahürlü vəziyyətinə bir o qədər tez-tez rast gəlinmir. Bir il müddətində əhali arasında OKP-nin yaranma riski 1,1-1,8 %-ə bərabərdir, ümumi həyatı boyu isə hər bir adam üçün 1,6-3% təşkil edir. OKP-yə 18 yaşından yuxarı qadınlarda daha çox rast gəlinir, kişilərdə isə bu, daha erkən yaşlarda başlayır.
15 yaşa kimi olan uşaqlar arasında OKP-nin yayılması 0,25% təşkil edir. OKP-nin epidemioloji göstəriciləri sosial-iqtisadi vəziyyətdən və etnik mənsubiyyətdən asılı olmur.
OKP-nin başlanmasına xas olan orta yaş dövrü 19-30 yaşdır. Təxminən 25% pasiyentlərdə xəstəlik 14 yaşından sonra başlayır. Xəstəliyin 35 yaşdan sonra başlanması isə nadir hallarda olur.
Xəstəliyin daha erkən başlanğıcı simptomların kəskin təzahürü, daha çox kompulsiyaların olması ilə (obsessiyasız) xarakterizə olunur.
Belə hallarda komorbid pozuntular (tiklər, diqqət çatışmazlığı hiperaktivlik sindromu və təşviş pozuntusu) və müalicəyə həssaslığın olmaması müşahidə olunur. Eyni zamanda uşaq və yeniyetmə dövründə x əstələnənlərin 40%-də yetkinlik dövründə tam remissiya müşahidə olunur. Əlamətlərin intensivliyinin dalğavari gedişi OKP-nin müalicə olunmaması ilə xarakterizə olunur. Müalicəsiz, spontan sağalma ehtimalı 20%-i keçmir, 50% hallarda gedişat fasiləsiz, 25% hallarda isə epizodik xarakter daşıyır. OKP-dən əziyyət çəkən xəstələrin yarısında suisidal (özünə qəsd) fikirlər, 25%-də isə suisidal cəhdlər qeyd oluna bilər. Özünə qəsd cəhdi daha çox yanaşı gedən depressiya ilə əlaqədar yaranır. OKP həyat keyfiyyətinin və sosial adaptasiyanın nəzərə çarpacaq dərəcədə enməsi ilə assosiasiya olunur. Məsələn, OKP-si olan xəstələr obsessiyanı v ə kompulsiyanı yaradan vəziyyətdən və ya insanlara zərər yetirə bilmə qorxusuna görə onlarla münasibətdən qaça bilərlər. Eyni zamanda obsessiyalarla əlaqədar olaraq onlar həkimə müraciət etməkdən də qaçırlar. Bəzi xəstələr ailə münasibətlərinə neqativ təsir edən öz qayda və qadağalarını yaymağa çalışırlar
Uzman klinik psixoloq
Lalə Hüseynova
Bakıvaxtı.az
















