• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Neftçi" xal İTİRDİ

İDMAN

28 Aprel 2025 | 22:42 | Müəllif: Subhan Mahmudov

"Neftçi" xal İTİRDİ

Misli Premyer Liqasında XXXII tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bağlanış oyununda “Neftçi” Sumqayıtın eyniadlı komandasının qonağı olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşü baş hakim Fərid Hacıyev idarə edib.

Bu nəticədən sonra Bakı klubu 36 xalla 6-cı, "kimyaçılar" isə 30 xalla 8-ci yerdə qərarlaşıb.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” evdə “Şamaxı” ilə, “Səbail” “Araz-Naxçıvan”la, “Sabah” “Qarabağ”la 1:1 hesablı heç-heçə edib, “Zirə” isə səfərdə “Kəpəz”ə qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026