• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Neftçi" "Səbail"ə qalib gəlib

İDMAN

27 Noyabr 2022 | 18:24 | Müəllif: Subhan Mahmudov

"Neftçi" "Səbail"ə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, günün yeganə matçında "Neftçi" "Səbail"i qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 27, 51 və 77-ci (hər ikisi penalti) dəqiqələrdə kapitan Emin Mahmudov vurub. "Dənizçilər"də Rafael Məhərrəmli 63-cü dəqiqədə fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Səbail" 10 xalla yeddinci sıradadır.

Qeyd edək ki, XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR