Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Neftçala rayonunun Qaçaqkənd kəndində dəmiryolu keçidində yük qatarı və yük avtomobilinin toqquşması nəticəsində sürücünün avtomobilin altında qalması barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində sürücünün meyiti nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
14:48
Bu gün saat 12:50 radələrində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus teplovoz Neftçala rayonu ərazisində Qırmızıkənd-Daykənd mənzilində hərəkətdə olarkən 99-ZU-832 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını qorunmayan dəmir yolu keçidində qəfil qatarın qarşısına çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ADY mətbuat xidməti məlumat yayıb.
"Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və yük maşınının sürücüsü, İmişli rayonu Qaradonlu kənd sakini Vüsal Rüstəm oğlu Fəxrətov həlak olub. Hadisənin baş vermə səbəbləri aidiyyəti üzrə araşdırılır", - qurumdan bildirilib.
13:48
Neftçalada qatar yük avtomobili ilə toqquşub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Neftçalanın Qaçaqkənd kəndində baş verib.
Belə ki, tənzimlənməyən dəmir yolunda qatar "Shagman" markalı avtomobili vurub. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır./apa
















