• Bakı 14° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Nazirlik əməkdaşlarına atəş açıldı: Xəsarət alan var - YENİLƏNİB

HADİSƏ

22 May 2023 | 18:11 | Müəllif: Qalib İbrahimoğlu

Nazirlik əməkdaşlarına atəş açıldı: Xəsarət alan var - YENİLƏNİB

Xəbər verildiyi kimi, Qazax rayonunda 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının odlu silah vasitəsilə xəsarət alması ilə bağlı müraciətlə əlaqədar araşdırmalar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, faktla bağlı rayon sakini F. Mustafayev saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib və izahatı alınıb. Hazırda araşdırmalar Rayon Prokurorluğunda davam etdirilir.


16:34

Daxili İşlər Nazirliyi Ağstafaçay su anbarında Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşına odlu silahla atəş açılmasına münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Bakıvaxtı.az-a verdiyi məlumata görə, sözügedən məsələ ilə bağlı ilkin olaraq araşdırma aparılıb daha sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

Qeyd olunub ki, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının yaralanmasına gəlincə, ilkin baxışda nə əməkdaşın özündə, nə də geyimində hər hansı bir odlu silah aşkarlanıb: "Hər bir halda iddialar araşdırma predmetidir, ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

***

16:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə. ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman Xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.

Atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb:

    H.Əlizadə bildirib ki, odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR