• Bakı 19° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Nazir Flora Kərimovanı evində ziyarət edib - FOTOLAR

MƏDƏNİYYƏT

23 Iyul 2026 | 23:38 | Müəllif: Subhan Mahmudov

Nazir Flora Kərimovanı evində ziyarət edib - FOTOLAR

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 23-də görkəmli müğənni, Xalq artisti Flora Kərimovanı 85 illiyi münasibətilə evində ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, nazir Xalq artistini yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Qeyd olunub ki, görkəmli bəstəkarların mahnıları sənətkarın ifasında musiqisevərlərin rəğbətini qazanıb, bu gün də könülləri oxşayır.

Prezident İlham Əliyev tərəfindən mədəniyyətə və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərildiyini deyən Adil Kərimli Flora Kərimovanın sənətinin də yüksək qiymətləndirildiyini bildirib.

Xalq artisti Flora Kərimova müalicəsinə göstərdiyi diqqət və dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.


Nazir Flora Kərimovanı evində ziyarət edib - FOTOLARNazir Flora Kərimovanı evində ziyarət edib - FOTOLARNazir Flora Kərimovanı evində ziyarət edib - FOTOLARNazir Flora Kərimovanı evində ziyarət edib - FOTOLARNazir Flora Kərimovanı evində ziyarət edib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR