• Bakı 17° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Naxçıvanda QƏZA: qadını vurdu, sonra qaçdı

HADİSƏ

09 Oktyabr 2024 | 11:51 | Müəllif: Əli Hüseynov

Naxçıvanda QƏZA: qadını vurdu, sonra qaçdı

Naxçıvanda avtomobillə 85 yaşlı qadını vurub qaçan sürücü saxlanılıb

Bakıvaxtı.az NUHÇIXAN-ın məlumatına istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Zeynəddin kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bildirilib ki, "Qaz 24-10" markalı avtomobil Zeynəddin kənd sakini, 1939-cu il təvəllüdlü Almaz Məmmədovanı vurub və hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü Z.Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Xəsarət alan A.Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdirilib, vəziyyəti orta-ağırdır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR