• Bakı 17° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Naxçıvanda dəhşətli qəza: yaralananlar var

HADİSƏ

15 Mart 2026 | 00:20 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda dəhşətli qəza: yaralananlar var

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi bir ailənin 4 üzvünün xəsarət almasına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində baş verib.

72-BF-530 dövlət nömrə nişanlı "Renault Megan" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala düşüb.

Qəza zamanı sürücü Ramin Əliyev, həmçinin avtomobildə olan sərnişinlər Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır./APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026