• Bakı 22° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri seçildi

CƏMİYYƏT

02 Fevral 2026 | 22:56 | Müəllif: Subhan Mahmudov

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri seçildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin sədrləri seçilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Ali Məclisinin bu gün keçirilən sessiyasında Ali Məclis komitələrinin yeni sədrləri və üzvləri seçilib.

    Əliyev Əjdər Zahid oğlu Hüquq siyasəti komitəsinin, Bayramov Mübariz Rəcəb oğlu İqtisadi siyasət komitəsinin, Canməmmədov Canməmməd Ramiz oğlu Humanitar siyasət komitəsinin, Quliyeva Zeynəb Kərim qızı isə Sosial siyasət komitəsinin sədri seçiliblər.

    Qeyd edək ki, bu gün keçirilən Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi ilə bağlı Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov çıxış edərək bildirib ki, komitələrin öz funksiyalarının həyata keçirilməsi istiqamətində təkmilləşdirmə aparılması məqsədilə komitələrin tərkibinin yenidən formalaşdırılması zərurəti yaranıb.

    Komitələrin tərkibi ilə bağlı qərar layihəsi oxunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Oktyabr 2026