• Bakı 29° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Müsahibə verən Baş nazirə tüpürdülər - VİDEO

DÜNYA

24 Iyul 2026 | 20:43

Müsahibə verən Baş nazirə tüpürdülər - VİDEO

Naməlum bir kişi Macarıstanın Baş naziri Peter Madyara tüpürüb. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə Budapeşt vağzalında baş nazir ayaqüstü müsahibə verərkən yaşanıb. 

Hadisəni şərh edən Peter Madyar sadəcə qeyd edib ki, "burada hələ də Fidesz (Viktor Orbanın partiyası) nümayəndələri var".

Baş nazir sakitliyini qoruyub və rəsmi olaraq polisə müraciət etməkdən imtina edib.

Madyar belə şeylərə "qəzəblənməyə ehtiyac olmadığını" vurğulayıb, "hələ də nifrət bəsləyənlərə" mərhəmət göstərməyə çağırıb və Macarıstan cəmiyyətində aqressiyanı tez bir zamanda aradan qaldıracağına ümid etdiyini bildirib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR