• Bakı 18° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Moskvaya kütləvi PUA hücumu: 26 yaralı var - VİDEO

DÜNYA

18 Iyul 2026 | 09:52 | Müəllif: Subhan Mahmudov

Moskvaya kütləvi PUA hücumu: 26 yaralı var - VİDEO

Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Moskva vilayətinə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Andrey Vorobyov açıqlayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində Elektrostal və Noqinsk şəhərlərində 26 nəfər yaralanıb. 

Belə ki, dron hücumu zamanı Noqinskdə neft anbarında, Elektrostalda isə “Wildberries”in anbarında yanğınlar qeydə alınıb.

Ümumilikdə vilayət üzərində 48 dron zərərsizləşdirilib. 

Moskva şəhərinin meri Sergey Sobyanin isə bildirib ki, paytaxt istiqamətində ümumi olaraq 370 PUA uçub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026