• Bakı 22° C

    1.56 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Minik avtomobili "KamAZ"la toqquşdu - 2 ölü

HADİSƏ

31 May 2024 | 17:34

Minik avtomobili "KamAZ"la toqquşdu - 2 ölü

Abşeron rayonunun Saray qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "Daewoo" markalı minik avtomobili toqquşub.

DİN-in Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisə saat 15:50 radələrində Saray qəbirstanlığının qarşısında qeydə alınıb.

"Daewoo Gentra" markalı, 10-KY-967 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək əks istiqamətdən gələn "KamAZ" markalı, 99-JR-925 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR