• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Millimizin dünya çempionatındakı rəqibi dəyişdi

İDMAN

24 Oktyabr 2023 | 17:21

Millimizin dünya çempionatındakı rəqibi dəyişdi

Azərbaycan minifutbol millisinin dünya çempionatında rəqiblərindən biri dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunacaq mundialda yığmamızla eyni qrupda yer alan Tunis turnirə qatılmayacaq. O, Tunis hökumətinin millinin dünya çempionatında çıxışına icazə vermədiyini bildirib. Əvəzində Küveyt çempionata cəlb edilib.

Tunislə yanaşı, daha iki komanda DÇ-2023-də yer almayacaq. Bunlar Livan və İsraildir. Adı çəkilən millilərin imtinası səbəbindən onları yarışda müvafiq olaraq Bəhreynlə Əlcəzair əvəz edəcəklər.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 26-da start veriləcək. G qrupunda yer alan Azərbaycan millisi ayın 27-də İraq, 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026