• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Millimiz Türkiyə ilə qarşılaşacaq - AFFA tarixi açıqladı

İDMAN

02 Mart 2021 | 19:01

Millimiz Türkiyə ilə qarşılaşacaq - AFFA tarixi açıqladı

Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı rəsmi məlumat AFFA-nın saytında yayımlanıb. 

AFFA və Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparıldığı və əldə olunmuş razılığa əsasən, komandaların bu il mayın 27-də qarşılaşacağı bildirilib. Görüş Alanyadakı "Oba" stadionunda keçiriləcək.

Oyunun saatı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, Türkiyə və və Azərbaycan milli komandaları arasında ötən ilin may ayında da yoxlama görüşü keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu görüş təxirə salınmışdı.

Bu ilki qarşılaşma Türkiyə millisinin "Avro-2020"nin final mərhələsinə hazırlığı çərçivəsində keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026